Ərdoğan: “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” – VİDEObackend

Ərdoğan: “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - VİDEO

Ankara siyasi, iqtisadi, hərbi və diplomatik sahələrdə Türkiyə və onun müttəfiqlərinin maraqlarının qorunması istiqamətində atdığı addımları ləngitməyəcək.

PARLA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətindəki Panaqiya monastırı və Ayasofya məscidindəki bərpa işlərinin ikinci mərhələsinin başa çatmasına dair videokonfrans formatında təşkil olunmuş mərasimdə çıxış edərkən deyib.

Türkiyə lideri qeyd edib ki, bunun göstəricisi Türkiyənin Suriya və Liviyadakı addımları olub.

“Azərbaycandakı qardaşlarımızın işğal altındakı torpaqlarını azad etmək və vətənlərini müdafiə etmək səylərinə də eyni anlayışla dəstək veririk”, – deyə Ərdoğan bildirib.

www.parla.az