“Ən yaxın zamanda Mehmetçiklər Azərbaycana gedəcək”backend

“Ən yaxın zamanda Mehmetçiklər Azərbaycana gedəcək”

PARLA xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında məlumat verib.

O qeyd edib ki, məsələylə bağlı Quru Qoşunları Komandanlığı işini tamamlayıb:

“Azərbaycana əsgər göndərilməsiylə bağlı qanun layihəsi Milli Məclisdə təsdiq edildi. Artıq proseslər tamamlanıb. Hava qüvvələri də əsgərləri aparmaq üçün hazırdır”.

www.parla.az