Əli Həsənov və Abidin Fərzəliyevə məxsus qanunsuz mülklər üzə çıxdı – FOTObackend

Əli Həsənov və Abidin Fərzəliyevə məxsus qanunsuz mülklər üzə çıxdı - FOTO

Əli Həsənov və Abidin Fərzəliyevə məxsus qanunsuz mülklər üzə çıxıb.

PARLA xəbər verir ki, bu məlumatı jurnalist Həbib Müntəzir öz Facebook səhifəsində paylaşıb.

“Nərimanov rayonu, Murtuza Nağıyev və İsmayıl Hidayətzadə küçəsində yerləşən Şəkərbala uşaq bağçası ilə üzbəüz olan park zəbt edilib, xeyli sayda ağaclar kəsilib və orda 2 villa tikilib. Biri Nərimanovun icrabaşı Abdin Fərzəliyevə, digəri isə Prezidentin sabiq köməkçisi Əli Həsənova məxsusdur. Tikintiyə də Əli Həsənovun şöbəsinin işçisi olan, həm də Abdin Fərzəliyevin bacısının əri olan Nəsimi nəzarət edirdi.

Hər ikisini də Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən icra hakimiyyətinin işçisi Nurlan Həsənov tikdirib və onlara hədiyyə edib. Evin sənədləri isə Əli Həsənovun oğlu Şamxalın adınadır. Ərazi 20 sotdur, özü də parkın içində qanunsuz tikilib. 4 mərtəbəli ağlaylı villadır. Hər iki villa sökülməlidir və park əvvəlki vəziyyətinə qayıtmalıdır.”

Google Maps: https://goo.gl/maps/548fyRHA2URC4zkR6

www.parla.az