Prezident və nazir koronavirusa yoluxdubackend

Prezident və nazir koronavirusa yoluxdu

Əlcəzair Prezidenti Abdelmajid Tebbun və Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavan koronavirus infeksiyasına yoluxub.

APA Reuters-ə istinadən xəbər verir ki, dövlət başçısının sağlamlıq durumu getdikcə yaxşılaşır.

Məlumata görə, oktyabrın 24-də adminstrasiyanın işçiləri testdən keçərkən başda Tebbun olmaqla bir neçə əməkdaşın nəticələri müsbət olub. Dərhal yoluxan şəxslər könüllü olaraq beş günlük təcrid ediliblər.

Daha sonra dövlət başçısının xəstəxanaya yerləşdirildiyi və oktyabrın 28-də həkimlərin tövsiyəsi ilə tibbi müayinədən keçmək üçün Almaniyaya getdiyi bildirilib.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnavanın da hazırda özünü yaxşı hiss etdiyi və ev şəraitində müalicəsini davam etdirdiyi bildirilir.

Qeyd edək ki, ötən gün Gürcüstanın Baş Naziri Giorgi Qaxarianın da koronavirusa yoluxması təsdiqlənib.

www.parla.az